AVRO-2021: Azərbaycan millisinin iştirak edəcəyi final mərhələsinin bütün iştirakçılar bilinib

Azərbaycan millisi

© APA | Azərbaycan millisi

# 17 may 2021 09:25 (UTC +04:00)

Qadın voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, bununla da final mərhələsinin bütün iştirakçıları dəqiqləşib.

Belarus, Bosniya və Herseqovina, Macarıstan, Yunanıstan, İspaniya, Slovakiya, Finlandiya, Fransa, Ukrayna, Çexiya, İsveçrə və İsveç milliləri seçmə mərhələdən AVRO-2021-ə yüksəlib. Bu komandalar 4 ölkənin – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın ev sahibliyi edəcəyi yarışa qatılacaq.

Azərbaycan yığması isə final mərhələsinə AVRO-2019-un nəticələrinə görə vəsiqə qazanan 8 ən yaxşı komandadan biridir. Millimizlə yanaşı, Belçika, Almaniya, İtaliya, Niderland, Polşa, Rusiya və Türkiyə də qitə çempionatında gücünü sınayacaq.

AVRO-2021-in oyunları avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək. 24 komanda 6 qrupa bölünəcək. Qrupların tərkibi mayın 20-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək püşkatmada müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR