Əfsanəvi məşqçi Bakıdan məğlubiyyətlə ayrılır

Əfsanəvi məşqçi Bakıdan məğlubiyyətlə ayrılır
# 04 sentyabr 2008 09:06 (UTC +04:00)
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət voleybol yığması ölkəmizdə səfərdə olan Rusiyanın “Uraloçka” klubu ilə üçüncü yoxlama matçını keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, komandamız Quba Olimpiya Kompleksində baş tutan oyunda rəqibini məğlub edib – 3:1. Tərəflər bundan əvvəl baş tutan görüşlərdə hərəyə bir qələbə qazanmışdı. Əfsanəvi mütəxəssis Nikolay Karpolun rəhbərlik etdiyi “Uraloçka” sabah Rusiyaya qayıdacaq.
Qeyd edək ki, “Uraloçka” ilə oyunlar milli komandamızın Avropa çempionatının üçüncü təsnifat mərhələsinə hazırlıq proqramının tərkib hissəsidir. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv bu nüfuzlu yarışın final mərhələsinə yüksəlmək üçün sentyabrın 7-də Qubada, bundan bir həftə sonra isə Afinada Yunanıstanı üstələməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR