Naxçıvanda futbol və voleybol üzrə beynəlxalq yoldaşlıq görüşləri keçirilib

Naxçıvanda futbol və voleybol üzrə beynəlxalq yoldaşlıq görüşləri keçirilib
# 11 noyabr 2008 08:08 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan şəhərində futbol və voleybol üzrə beynəlxalq yoldaşlıq görüşləri keçirilib. Naxçıvan Muxtar Respublikasının (MR) Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti Şut rayonunun voleybolçuları ilə qarşılaşan Naxçıvan MR-in yeniyetmələrdən ibarət yığma komandası 1:3 hesabı ilə məğlub olub. Günün sonunda kişilər arasında baş tutan yoldaşlıq görüşü isə Naxçıvan komandasının 3:0 hesablı maksimal üstünlüyü ilə başa çatıb. Növbəti yoldaşlıq görüşü isə Naxçıvan MR-in futbol üzrə yığma komandası ilə Qərbi Azərbaycan Vilayəti Nəqədə şəhərinin komandası arasında baş tutub. İbrahim Xəlil Axundu adına mərkəzi stadionda keçirilən qarşılaşma ev sahiblərinin 4 : 1 hesablı qələbəsi ilə yekunlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR