Natalya Məmmədova ən yaxşı voleybolçu seçildi

Natalya Məmmədova ən yaxşı voleybolçu seçildi
# 24 noyabr 2008 08:41 (UTC +04:00)
Bakı – APA. Türkiyənin qadınlar arasında voleybol superliqasında VII turun oyunları keçirilib. APA-nın məlumatına görə, hesabat turu Azərbaycan yığmasının üzvlərinin çıxış etdiyi klublar üçün fərqli alınıb.

Natalya Məmmədovanın çıxış etdiyi “Türk Telekom” səfərdə “İllər Bankası” kollektivini 3:0 hesabı ilə üstələyib. Əsas heyətdə mübarizə aparan Məmmədovanın inamlı oyunu üç ulduzla qiymətləndirilib. 24 yaşlı həmyerlimiz, həmçinin ən yaxşı oyunçu seçilib. Rəqib düşərgədə isə üç il əvvəl “Azərreyl”in şərəfini qoruyan Alyona Qurkova iki ulduz alıb.

Oksana Parxomenko ilə Valeriya Korotenkonun çıxış etdiyi “Fənərbaxça Acibadem” səfərdə “Əczaçıbaşı Zentiva”ya uduzub - 1:3. Hər iki voleybolçumuz əsas heyətdə yer alsalar da, fərqlənə bilməyiblər.

Qeyd edək ki, superliqaya 7 turdan sonra 18 xalla “Beşiktaş” başçılıq edir. Lideri 16 xalla “Türk Telekom” izləyir. Altıncı pilləyə yuvarlanan “Fənərbaxça Acibadem”in hesabında 12 xal var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR