Azərbaycan yığmaları dünya reytinqində mövqeyini qoruyub

Azərbaycan yığmaları dünya reytinqində mövqeyini qoruyub
# 19 aprel 2020 12:44 (UTC +04:00)

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qadın voleybolçulardan ibarət Azərbaycan yığması 127 xalla dünyanın 26-cı komandasıdır.

Millimizin iki həftə əvvəl açıqlanan son cədvəldəki mövqeyi dəyişməz qalıb. Yığmamız 25-ci sıradakı Xorvatiyadan 4 xal geri qalır. Voleybolçularımız 27-ci olan Meksikanı 1 xal qabaqlayır.

Siyahının ilk üç pilləsində isə Çin (391), ABŞ (382) və Braziliya (328) qərarlaşıb.

Kişilərdən ibarət Azərbaycan millisinin də mövqeyi toxunulmaz qalıb. Yığmamız 101 xalla 58-ci sırada yer alıb. Voleybolçularımız 57-ci olan İsraildən 4 xal geri qalır, 59-cu pillədəki Pakistanı 1 xal qabaqlayır. Cədvəlin ilk 3 pilləsində Braziliya (427), Polşa (384) və ABŞ (365) möhkəmlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR