Basketbol üzrə Azərbaycan çempionatı yenidən təxirə salınıb

Basketbol üzrə Azərbaycan çempionatı yenidən təxirə salınıb
# 11 mart 2020 13:53 (UTC +04:00)

Basketbol üzrə Azərbaycan çempionatının XXI turu yenidən təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, oyunları martın 3-də və 5-də keçirilməli olan, lakin sonradan təxirə salınan və bu günə planlaşdırılan qarşılaşmalar yenə baş tutmayacaq.

Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçirilməli olan Superliqanın matçlarının təxirə salınması texniki səbəblərlə bağlıdır. Turun nə vaxt keçiriləcəyi yaxın günlərdə dəqiqləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR