Koronavirusa görə dayandırılan Azərbaycan çempionatının bərpa olunacağı vaxt açıqlanıb

Koronavirusa görə dayandırılan Azərbaycan çempionatının bərpa olunacağı vaxt açıqlanıb
# 10 mart 2020 16:30 (UTC +04:00)

Basketbol üzrə kişilər arasında Azərbaycan Superliqası bərpa olunur.

Apasport.az saytının məlumatına görə, martın 3-də və 5-də keçirilməsi nəzərdə tutulan, lakin koronavirus üzündən təxirə salınan XXI turun qarşılaşmaları sabah baş tutacaq.

III dövrənin sonuncu turunun matçları Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçiriləcək.

Superliqa
XXI tur
11 mart

12:00. "Atom" - "Zirvə"
14:00. "Atletik" - "Sərkərdə"
16:00. "Sıçrayış" - "Xırdalan"
18:00. "80-lər” - "Gəncə"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR