Türkiyədə həndbol çempionatları bərpa olunmayacaq

Türkiyədə həndbol çempionatları bərpa olunmayacaq
# 12 may 2020 15:54 (UTC +04:00)

Türkiyədə basketbol və voleyboldan sonra həndbol üzrə ölkə çempionatlarının da başa çatdığı elan olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə yerli federasiya prezidenti Bilal Eyüboğlu açıqlama verib.

Qurum rəhbəri bildirib ki, koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan həndbol çempionatları bərpa olunmayacaq. Qərara əsasən, liqalarda mükafatçılar müəyyənləşməyəcək.

Eyüboğlu həmçinin onu da əlavə edib ki, heç bir komanda elitanı tərk etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR