Azərbaycan millisinin hücumçusu “Panatinaikos”la müqavilə bağlayıb

Marqarita Stepanenko

© APA | Marqarita Stepanenko

# 06 may 2021 13:40 (UTC +04:00)

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenkonun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner karyerasını Yunanıstanda davam etdirəcək.

28 yaşlı hücumçu “Panatinaikos” klubu ilə müqavilə imzalayıb. O, 2021/22 mövsümündə Afina təmsilçisinin uğurları üçün çalışacaq.

Bir müddət əvvəl Belarusun “Minçanka” klubu ilə yolları ayrılan Marqarita Ellada təmsilçisinə keçidinə şərh verib: “Panatainaikos”dan təklif alanda bu klub barədə çox məlumatlı idim. Bilirəm ki, bu, Yunanıstanın ən güclü klublarından biridir. Peşəkarlıq baxımından fərqlənən belə bir kluba keçdiyim üçün şadam. Bizim çox vacib hədəflərimiz var. Komandaya bütün turnirlərdə qalib gəlmək üçün kömək etmək istəyirəm. İnanıram ki, mövsümün sonunda istədiklərimizə nail olacağıq”.

Qeyd edək ki, 2014/15 mövsümündə də Yunanıstanda oynayan Stepanenko “Olimpiakos”un formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR