Azərbaycan Voleybol Federasiyasında baş katib dəqiqləşib

Azərbaycan Voleybol Federasiyasında baş katib dəqiqləşib
# 03 dekabr 2021 09:57 (UTC +04:00)

Azərbaycan Voleybol Federasiyasının yeni baş katibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, qurumda bu funksiyanı “Azərreyl”dən istefa verən klubun prezidenti Fərid Xəlilov yerinə yetirəcək.

O, növbəti 4 il üçün AVF-nin baş katibi təyin olunub. Xəlilov bu vəzifədə Cəlil Cəfərovu əvəzləyib. “Rabitə”nin sabiq prezidenti federasiyanın yeni vitse-prezidenti seçildiyindən baş katib vəzifəsi boş qalmışdı.

Qeyd edək ki, 38 yaşlı Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR