Maykl Cordanın oğlu tibb işçilərinə hücuma görə saxlanılıb

Ceffri Cordan

© APA | Ceffri Cordan

# 26 sentyabr 2021 21:27 (UTC +04:00)

Amerikalı basketbolçu Maykl Cordanın oğlu Ceffri ABŞ-ın Arizona ştatında xəstəxana işçilərinə hücum etdiyinə görə saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “ABC15” telekanalı polisə istinadən məlumat yayıb.

Hadisə Skotsdeyl şəhərində baş verib. Telekanalın məlumatına görə, keçmiş basketbolçu Ceffri Cordan “Casa Amigos” klubunda sürüşüb və başı masaya dəyib. Onun başı qanamağa başlayıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. 32 yaşlı C.Cordanın müalicə zamanı xəstəxana işçilərinə hücum etdiyi iddia olunur.

Məşhur basketbolçunun oğlu hücum ittihamı ilə saxlanılaraq şəhər həbsxanasına göndərilib. Bir saat sonra isə sərbəst buraxılıb.

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR