Azərbaycan iki beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan iki beynəlxalq turizm sərgisində iştirak edəcək
# 03 fevral 2009 14:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Fevralın 6-8-də Latviyanın paytaxtı Riqa şəhərində BALTUR beynəlxalq turizm sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, bu sərgidə ilk dəfə olaraq, Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

Fevralın 12-15-də isə Türkiyənin İstanbul şəhərində EMİTT beynəlxalq turizm sərgisi keçiriləcək. Ənənəvi olaraq, hər il keçirilən bu sərgidə Azərbaycanın nümayəndə heyəti daha geniş şəkildə təmsil olunmağı nəzərdə tutur. Sərgidə Azərbaycan öz stendini təqdim etməklə yanaşı, milli rəqs qrupu bədii proqramla da çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR