Azərbaycanda ilk dəfə turistlərə xidmət edəcək kitabxana yaradılacaq

Azərbaycanda ilk dəfə turistlərə xidmət edəcək kitabxana yaradılacaq
# 06 fevral 2009 10:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Yaxın aylarda Ənvər Məmmədxanlı adına kitabxananın bazasında Bakıya gələn turistlərə xidmət edən kitabxana yaradılacaq”. Bu barədə APA-ya Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev məlumat verib. Onun sözlərinə görə, “Bakı İnformasiya Kitabxana Turizm Mərkəzi”nin yaradılması barədə qərar mədəniyyət və turizm naziri tərəfindən verilib: “İldən-ilə Azərbaycan turist axını çoxalır, lakin onlara xidmət edəcək bir kitabxana yoxdur. “Bakı İnformasiya Kitabxana Turizm Mərkəzi”nin yaradılması isə bu problemi həll edəcək”. Ə. Əliyevin sözlərinə görə, hazırda yaradılacaq kitabxana üçün əcnəbi dildə olan kitabların toplanışına başlanılıb: “Bu kitabxanada dünyanın bütün dillərində olan kitablar toplanacaq və kitabxana Azərbaycanda analoqu olmayan bir kitabxana olacaq”.
İdarə rəisi onu da qeyd edib ki, hazırda Bakı şəhərində 85 kitabxana fəaliyyət göstərir. Fəaliyyəti zəif, maddi-texniki bazası bərbad olan kitabxanaların ləğv olunacağını deyən Ə. Əliyevin sözlərinə görə, yaxın illərdə Bakının bütün rayonlarındakı kitabxanalarda informasiya mərkəzləri yaradılacaq. Bu il isə paytaxtın dörd rayonundakı iri kitabxanalarda informasiya mərkəzlərinin açılması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR