Əbülfəs Qarayev: “5-6 il ərzində Azərbaycana gələn turistlərin sayının 5-6 milyona çatdırılması nəzərdə tutulur”

Əbülfəs Qarayev: “5-6 il ərzində Azərbaycana gələn turistlərin sayının 5-6 milyona çatdırılması nəzərdə tutulur”
# 17 fevral 2009 12:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “2007-ci illə müqayisədə 2008-ci ildə ölkəmizə gələn turistlərin sayında ciddi artım olub. Dünyadakı maliyyə böhranına baxmayaraq, turistlərin sayında artımın olması sevindirici haldır. Bu da Azərbaycanda və əsasən paytaxtda gedən inkişafla bağlıdır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, 2006-cı ildə Azərbaycana 1 milyon 193 min 742 nəfər əcnəbi vətəndaş (903 min 889 nəfəri turist), 2007-ci ildə 1 milyon 332 min 701 əcnəbi vətəndaş (1 milyon 10 min 792 nəfəri turist), 2008-ci ildə isə 1 milyon 898 min 939 əcnəbi vətəndaş (1 milyon 408 min 908 nəfəri turist) gəlib. Ötən il ərzində turistlərin sayında 39,4 faiz artım olub. Artım əsasən Ukrayna, Qazaxıstan, Qırğızıstan, Belarus, İran, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Almaniya, Avstriya, Bosniya və Herseqovina, Finlandiya, Hindistan və digər ölkələrin hesabına baş verib. Nazir bu il maliyyə böhranı ilə əlaqədar turistlərin sayının 15-18 faiz azalmasını istisna etmir. Ə. Qarayev qeyd edib ki, 5-6 il ərzində Azərbaycana gələn turistlərin sayının 5-6 milyona çatdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR