Əbülfəs Qarayev Azərbaycanda «cənnət zonası»nın yaradılacağı ilə bağlı məlumatları təsdiqləyib

Əbülfəs Qarayev Azərbaycanda «cənnət zonası»nın yaradılacağı ilə bağlı məlumatları təsdiqləyib
# 17 fevral 2009 13:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Nargin adasının turizm mərkəzinə çevrilməsi üçün nazirliyin sifarişi ilə bir neçə layihə hazırlanıb: «Artıq Avstriya, Türkiyə, İsveçrə, ABŞ və Almaniyadan olan mütəxəssislər müxtəlif təkliflər hazırlayaraq təqdim ediblər. Bu təkliflərin bəziləri geniş, bəziləri isə yığcamdır. Biz bu təkliflərin hamısını nəzərdən keçirmişik. Danimarkanın hazırladığı layihə haqqında isə mətbuatdan oxumuşam. Bunu nazirlik sifariş etməyib. Əslinə qalsa, bu layihəyə müxtəlif insanlar maraq göstərirlər. Turizm biznesi açıq sahə olduğundan hər insanın müxtəlif layihələr təqdim etmək hüququ var. Biz də eşitmişik ki, bu cür layihə hazırlanıb və onun təqdimatı beynəlxalq sərgidə təşkil olunacaq. Layihəni hazırlayan insanlar bizi də həmin sərgiyə dəvət etsələr, layihə ilə tanış olarıq».

Ə. Qarayev Azərbaycanın bu layihəyə dəstək verməsini istisna etməyib: «Layihə həqiqətən də dəyərli və maraqlı olarsa, buna ancaq sevinərəm».

Qeyd edək ki, bir qədər öncə Danimarkanın «BİG Architects» şirkəti Xəzər dənizinin Azərbaycan sahilində ekoloji təmiz, yaşıl adanın yaradılması layihəsinin baş planını təsdiq edib. APA-nın məlumatına görə, adanın dünyada nadir olmasının əsas göstəricisi odur ki, bu kurort zonda heç bir karbon tərkibli yanacaq növündən istifadə edilməyəcək, xarici resurslardan tam sərbəst olacaq və bütün infrastruktur günəş, su, torpaq və küləklə istehsal edilən vasitələrlə təchiz olunacaq. Məhz bu xüsusiyyətinə görə adaya, Zirə Karbon Emissiyasız Ada (Zira Carbon Neutral İsland) adı verilib.

Layihəyə əsasən, 1 mln. kv. metr sahəsi olacaq yaşıl ada Azərbaycanın 7 əsas zirvələrin geometrik siluetini, dağlıq ekosistemini və təbii landşaftı formasında qurulacaq. Zirvənin hər birində dağ silsiləsinə bənzər «üzvi binalarda» yaşayış və ictimai obyektləri, qolf meydançaları və 300 villa yerləşəcək. Bundan başqa, adada dayanıqlı və ekoloji təmiz, enerji təchizat kompleksi yerləşəcək və təbii enerji vasitəsi ilə içməli su, kanalizasiyanın təmizlənməsi, hovuzları və kompleksi istiliklə təchiz edəcək günəş enerjisi kollektorları, elektrik enerjisi üçün külək stansiyaları və ekoloji təmiz vegetasiya mühiti yaradılacaq. Layihənin sifarişçisi «Aurosity Holding»dir.

Xatırladaq ki, dünyada bir neçə belə zona yaradılıb. Danimarkada Samso adası, BƏƏ-dəki Masdar, Şanxaydakı Donqtan Ekoloji Şəhəri dünyada «cənnət zonası» kimi tanınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR