Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb
# 28 fevral 2009 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Kubaya səfəri davam edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, səfər çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Kuba Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Həmçinin, Kubanın turizm naziri, hökumət sədrinin müavini, Ticarət Palatasının prezidenti, xarici ticarət naziri, xarici investisiya və iqtisadi əməkdaşlıq nazirinin müavini və xarici işlər nazirinin müavini ilə görüşlər keçirilib. Nazir Ə.Qarayev Kubanın Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzi, həmçinin İdman İnstitutunda olub, Siqar Festivalında iştirak edib.
Qeyd edək ki, Azərbaycanlı nazirin Kubaya səfəri martın 3-də yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR