Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edir
# 12 mart 2009 15:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan nümayəndə heyəti Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən “İTB - Berlin” beynəlxalq turizm sərgisində iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə 68 kv/metrlik, milli üslubda hazırlanmış stenddə Azərbaycanın turizm potensialı nümayiş olunur. Azərbaycanı tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin məsləhətçisi Türkan İsmayılova, Bakı Turizm İnformasiya Mərkəzinin, “İmprotex”, “İsr Travel”, “İntu” şirkətlərinin nümayəndələri təmsil edir.

Sərgi martın 15-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR