Azərbaycan Dubayda və Bəhreyndə keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcək

Azərbaycan Dubayda və Bəhreyndə keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcək
# 10 aprel 2009 10:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi iki beynəlxalq sərgisində iştirak etmək üçün hazırlıq işləri aparır. Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, mayın 5-8-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində ATM, mayın 14-16-da isə Bəhreyndə BİTE beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, yerli şirkətlər də təmsil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR