İordaniya Bakıda keçiriləcək VIII Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirak edəcək

İordaniya Bakıda keçiriləcək VIII Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirak edəcək
# 14 aprel 2009 11:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İordaniya Turizm Şurasının və bu ölkənin turizm şirkətlərinin nümayəndələri aprelin 16-18-də Bakıda keçiriləcək VIII Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirak edəcək. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib. Sərgidə İordaniyanın turizm imkanlarına həsr olunmuş stend nümayiş etdiriləcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçiriləcək beynəlxalq tədbirə Türkiyə, Gürcüstan, Ukrayna, Malayziya, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İsveçrə və Tailand şirkətləri də qatılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR