“İçəri şəhər-Şərqi Abşeron Qala” yeni turist marşrutu həyata keçirilib

“İçəri şəhər-Şərqi Abşeron Qala” yeni turist marşrutu həyata keçirilib
# 15 aprel 2009 10:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “İçəri şəhər-Şərqi Abşeron Qala” yeni turist marşrutu həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə xüsusi hazırlanmış rəqslər nümayiş olunub. Marşrut Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Bakı Turizm İnformasiya Mərkəzi, Əzizbəyov rayon İcra Hakimiyyəti və Qala Dövlət tarix-etnoqrafiya qoruğu ilə müştərək olaraq, “İçəri şəhər-Şərqi Abşeron Qala” birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə adları sadalanan nazirlik və idarə nümayəndələri ilə yanaşı, İsrail və Hindistanın səfirləri və bəzi xarici səfirlərin mədəniyyət üzrə nümayəndələri, Azərbaycanın turist şirkətləri və başqa maraqlı olan təşkilatlar iştirak ediblər. Qonaqlar Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi ilə tanış olublar və Abşeronda turizmin inkişafı haqqında fikir mübadiləsi aparılıb. Xatırladaq ki, bu ayın əvvəlində “Qala” Dövlət tarix-etnoqrafiya qoruğuna turist marşrutu təşkil olunmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR