Azərbaycan Turizm Assosiasiyası fəaliyyətə başlayıb

Azərbaycan Turizm Assosiasiyası fəaliyyətə başlayıb
# 15 aprel 2009 10:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkədə Azərbaycan Turizm Assosiasiyası yaradılıb. APA-nın məlumatına görə, bu barədə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, dünən təsis olunan assosiasiyanın İdarə Heyətinin sədri vəzifəsinə “Xəzər Travel” turizm şirkətinin prezidenti Nahid Bağırov seçilib.

Azərbaycanda 250-ə yaxın turizm şirkətinin fəaliyyət göstərdiyini deyən A. İsmiyev bildirib ki, son 5-6 il ərzində ölkədə turizm sahəsi çox yaxşı inkişaf edib. Bu baxımdan digər ölkələrdə olduğu kimi, Azərbaycanda da belə bir assosiasiyanın yaradılmasını vacib sayan nazirlik səlahiyyətlisi yeni qurumun yerli turizm şirkətləri arasında əlaqənin inkişafına şərait yaradacağını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR