Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi: “Dünya iqtisadi böhranı Azərbaycanın turizm sektoruna hələlik təsir etməyib”

Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi: “Dünya iqtisadi böhranı Azərbaycanın turizm sektoruna hələlik təsir etməyib”
# 15 aprel 2009 10:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Hələlik Azərbaycanın turizm sahəsində iqtisadi böhranın təsirini hiss etmirik. Mümkündür ki, bu təsir olacaq. Dövlət Statistika Komitəsi və Dövlət Sərhəd Xidmətindən bu ilin ilk altı ayının məlumatlarını aldıqdan sonra təhlillər aparacaq və bunu müəyyənləşdirəcəyik”. APA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, dünyada iqtisadi böhran 2008-ci ilin ikinci yarısından başlasa da, ötən ilin son 8-9 ayı ərzində Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilib. Ötən ilin ikinci yarısının göstəricilərinə görə, Azərbaycana 1 milyon 898 min xarici vətəndaş gəlib ki, onların da 1 milyon 408 min nəfəri turist hesab edilib. A. İsmiyev qeyd edib ki, Azərbaycan turizm sektorunda iqtisadi böhranın təsirləri hələlik hiss olunmadığı üçün hazırda antiböhran tədbirlərin görülməsi üçün həyəcan təbilinin çalınmasına da ehtiyac yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR