Azərbaycan Turizm Bürosu: “Qobustandakı palçıq vulkanının ərazisində turizm kompleksinin yaradılması təxirə salınıb”

Azərbaycan Turizm Bürosu: “Qobustandakı palçıq vulkanının ərazisində turizm kompleksinin yaradılması təxirə salınıb”
# 11 mart 2021 13:13 (UTC +04:00)

"Təəssüf ki, Qobustanda yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük turizm kompleksinin yaradılması ilə bağlı layihə təxirə salınıb. Amma layihə ləğv olunmayıb. Biz optimist yanaşırıq ki, bu layihəni həyata keçirmək mümkün olacaq".

APA-nın məlumatına görə, bunu Milli Ulduz Təsnifatı Sistemi ilə əlaqədar keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

O, eyni zamanda Naftalan şəhərinin turistlər üçün əlçatan olması ilə bağlı hazırlanan plan haqqında da danışıb: "Naftalan tarixən turizm mərkəzi olub. Biz yerli icra hakimiyyəti ilə daim təmasdayıq. Ümid edirik ki, bu il yaya qədər Naftalana gedən turizmlə bağlı yenilikləri, turizm informasiya mərkəzinin yaradılmasını görə biləcəklər”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR