DSK: Pandemiya Azərbaycanın turizm sektorunda ciddi tənəzzülə səbəb olub

DSK: Pandemiya Azərbaycanın turizm sektorunda ciddi tənəzzülə səbəb olub
# 19 noyabr 2020 14:11 (UTC +04:00)

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasında deyilir.

Qeyd olunub ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib”, - açıqlamada deyilir.

Bundan başqa, 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4,2 dəfə azalaraq 1 106,7 min nəfər olub. Ölkə vətəndaşları əsasən İran, Gürcüstan, Rusiya, Türkiyə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR