Florian Zenqstşmid: “Ulduz təsnifatı hotelçiliyin inkişafı üçün mühüm amildir”

Florian Zenqstşmid: “Ulduz təsnifatı hotelçiliyin inkişafı üçün mühüm amildir”
# 11 mart 2021 13:06 (UTC +04:00)

"Əsas məqsədimiz 3 istiqamət üzrə yönəlib. Birincisi otellərin təbliğatı, ikincisi keyfiyyəti artırmaq və üçüncüsü rəqabətqabiliyyətliliyi artırmaqdır".

APA-nın məlumatına görə, bunu Milli Ulduz Təsnifatı Sistemi ilə əlaqədar keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, son ilərdə Azərbaycanda otelçilik sahəsində kifayət qədər işlər görülüb. Florian Zenqstşmid ulduz təsnifatının hotelçiliyin inkişafı üçün mühüm amil olduğununu və bu addımın ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcəyinə, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacağını deyib.

O, Milli Hotel Ulduz Təsnifatının ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə imkan verəcəyini bildirib: "2020-ci ilin iyununda Azərbaycan Avropa Mehmanxanalar Assosiasiyasının üzvü olub. Bu gün iki oteldə Milli Ulduz Təsnifatı Sistemi ilə əlaqədar yoxlamalar keçirildi. Təsnifat sisteminin meyarları bütün Avropa ölkələrində tətbiq olunur. Azərbaycan Hotel Assosiasiyasının iki auditoru müraciət edən otellərlə müzakirələr aparır. Hər şey mükəmməl olmaya bilər, qiymətləndirmə zamanı auditorlar çatışmazlıqlar aşkar etdikdə otellərə onları düzəltmək üçün 6 ay vaxt verilir, çatışmazlıq böyükdürsə, 12 ay vaxt verilir. İlkin qiymətləndirmə olandan sonra auditorlar hesabat hazırlayır”.

Florian Zenqstşmid deyib ki, ulduz kateqoriyası almaq üçün ödəniş 800 manatdan başlayır, məbləğ beynəlxalq lisenziya alınmasından yoxlamaların həyata keçirilməsinə görə dəyişir: “Pandemiya dövründə karantin xidməti kimi fəaliyyət göstərən otellər ulduz təsnifatı xidməti haqqı ödəmir və onlara sertifikat, eyni zamanda, ulduz lövhəsi verilir. Ümumilikdə hotellərə sertifikat 3 illik verilir və daima nəzarət olunur, monitorinq edilir. Booking və digər beynəlxaq saytlarda hotellər barədə yazılan rəylərə əsasən yenidən monitorinq keçirilə bilər. İndiyə qədər 40 hotel müraciət edib, 24 otel audit olunub, 12-si karantin dövründə pandemiya üçün qapılarını açan hotellər olub. Apreldə hotellərə ilk sertifikat və ulduz lövhəsinin verilməsinə başlanılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR