Kənan Quluzadə: "Turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi gündəmdədir"

Kənan Quluzadə: "Turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi gündəmdədir"
# 11 mart 2021 14:19 (UTC +04:00)

"Azərbaycanda turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi məsələsi gündəmdədir". 

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib. 

K. Quluzadə deyib ki, 2019-cu ildə turizmin inkişafı ilə bağlı qarşıya qoyulan prioritet məqsədləri yenə də gündəmdədir: "Məsələn, subsidiyaların verilməsi, dövlət turizm reyestrinin yaradılması, qanunvericiliyin dəyişdirilməsi, palçıq vulkanları və digər yeni layihələrlə bağlı və s. məsələlər hamısı gündəmdə qalır. "Beşbarmaq" Dövlət Qoruğunun yaradılması da aktualdır. Sadəcə, pandemiya dövründə bu yeniliklərin həyata keçirilməsi ləngiyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR