Roma aeroportuna "koronavirusa qarşı" ovçarkalar buraxılıb

Roma aeroportuna "koronavirusa qarşı" ovçarkalar buraxılıb
# 28 yanvar 2021 10:10 (UTC +04:00)

Romanın Fyumiçino hava limanına "koronavirusa qarşı" alman qoyun itləri (ovçarka) buraxılıb.

"APA-Economics"in "Mediaset"ə istinadən verdiyi məlumata görə, 8 həftəlik təlim zamanı itlərə kütlənin içində bu virusun xarakterik əlamətləri olan insanları müəyyənləşdirmək öyrədilib. Hazırda sözügedən "xidmət" test rejimində işləyir.

Qeyd edək ki, 27 yanvar tarixinə İtaliyada koronavirusdan ölənlərin sayı 86 889 nəfərə çatıb. Hazırda İtaliyada koronavirus xəstələrinin sayı 477 979 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR