"Aeroflot" Türkiyəyə əlavə uçuşlara başlayır

"Aeroflot" Türkiyəyə əlavə uçuşlara başlayır
# 19 iyun 2021 13:14 (UTC +04:00)

Rusiyanın "Aeroflot" hava yolları şirkəti Moskvadan Türkiyəyə əlavə uçuşlara başlayır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə aviaşirkətin rəsmi nümayəndəsi Mixail Demin bildirib.

Onun sözlərinə görə, "Aeroflot" iyunun 25-dən etibarən Türkiyəyə əlavə uçuşlar açacaq. Gün ərzində İstanbula iki, Antalya, Bodrum və Dalamana gündə bir uçuş həyata keçiriləcək.

Hazırda aviaşirkət Moskva - İstanbul marşrutu ilə həftədə iki uçuş həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR