Azərbaycan hotellərində gecələmələrin sayı kəskin artıb

Azərbaycan hotellərində gecələmələrin sayı kəskin artıb
# 27 oktyabr 2021 11:50 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3% artaraq 1 340,6 min olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

Gecələmələrin 46,3%-i Bakıda, 8,8%-i Xaçmazda, 8,5%-i Qəbələdə, 5,8%-i Şabranda, 5,7%-i Qubada, 4,4%-i Lənkəranda, 3,8%-i Qusarda, 2,7%-i Naftalanda, 1,8%-i Qaxda, 1,7%-i Şamaxıda, 1,4%-i Naxçıvan Muxtar Respublikasında, 1,3%-i Masallıda, 1,1%-i Mingəçevirdə, 0,7%-i Gəncədə, 0,6%-i Zaqatalada, 0,5%-i Şəkidə, 0,5%-i Astarada və 4,4%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% azalaraq 241 min olub ki, bu da ümumi gecələmələrin 18%-ni təşkil edir. Gecələmələrin 15,3%-i Türkiyə, 11,3%-i Rusiya, 11,2%-i Böyük Britaniya, 6%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,4%-i İtaliya, 3,2%-i Almaniya, 3,1%-i İsrail, 3,1%-i ABŞ, 2,2%-i Qətər, 1,9%-i Ukrayna, 1,7%-i Hindistan, 1,5%-i Belarus, 1,4%-i Niderland, 1,3%-i İran, 1,3%-i Qazaxıstan, 1,2%-i Fransa, 1%-i Norveç, 1%-i Gürcüstan, 28,9%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,9%-i Bakıda, 5,3%-i Qəbələdə, 3,2%-i Qusarda, 2,1%-i Naxçıvan Muxtar Respublikasında, 1,8%-i Qubada, 1,6%-i Şabranda, 1,3%-i Naftalanda, 0,4%-i Mingəçevirdə, 0,4%-i Şamaxıda, 1%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,5 dəfə artaraq 1 099,6 min olub.

Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2% səviyyəsində olub (2020-ci ilin yanvar-sentyabr aylarında 7%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR