Azərbaycan hotellərinin gəlirləri kəskin artıb

Azərbaycan hotellərinin gəlirləri kəskin artıb
# 27 oktyabr 2021 11:58 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarının gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,4% artaraq 154,1 mln. manat olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

Gəlirlərin 60,8%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6%-i ictimai iaşə xidmətlərindən, 2,3%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,3%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Xatırladaq ki, hesabat dövründə ölkə ərazisində fəaliyyət göstərən hotellərdə keçirilmiş gecələmələrin sayı illik ifadədə 66,3% artaraq 1 340,6 min olub. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% azalaraq 241 min olub ki, bu da ümumi gecələmələrin 18%-ni təşkil edib. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,5 dəfə artaraq 1 099,6 min olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR