Azərbaycan Qafqaz dağlarının turizm potensialını reallaşdırmaq üçün Türkiyə təcrübəsindən yararlanacaq

Azərbaycan Qafqaz dağlarının turizm potensialını reallaşdırmaq üçün Türkiyə təcrübəsindən yararlanacaq
# 15 noyabr 2021 11:49 (UTC +04:00)

Dünya əhalisinin hər il təxminən 80 mln. artması gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalının 60% artırılması məcburiyyətinə gətirib çıxaracaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən IBF-in prezidenti Erol Yarar deyib.

Onun sözlərinə görə, torpaq neft-qazla zəngindir və kənd təsərrüfatı sektorunun keçmişdə qalması fikri yanlışdır. Belə ki, qlobal investisiyalarının 60%-i məhz kənd təsərrüfatını sektoruna yatırılır.

E. Yarar qeyd edib ki, yuxarıdakıları nəzərə alaraq, Türkiyə Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sektorunu inkişaf etmək istəyir.

Bundan əlavə, E. Yarar turizm sektorundakı əməkdaşlığa da toxunub. O bildirib ki, ölkələr arasında turizmdə çeşidlənmə işləri aparılır. Xüsusilə, ölkənin Qafqaz dağlarındakı turizm potensialını reallaşdırmaq üçün Türkiyə təcrübəsi istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR