Azərbaycanda turistlər üçün məlumatverici-göstərici lövhələr quraşdırılacaq

Azərbaycanda turistlər üçün məlumatverici-göstərici lövhələr quraşdırılacaq
# 04 oktyabr 2021 12:57 (UTC +04:00)

Milli turizm orqanı tərəfindən ölkə üzrə vahid vizual standarta malik məlumatverici-göstərici lövhələr quraşdırılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, milli turizm orqanı tərəfindən ölkə üzrə vahid vizual standarta malik məlumatverici-göstərici lövhələrin quraşdırılması turizm ehtiyatlarının turistlər tərəfindən qavranılmasının asanlaşdırılması və daha əlçatan olması ilə nəticələnəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR