Dövlət Agentliyi: Dəmiryol səyahəti turizmin ən perspektivli sahələrindən birinə çevrilə bilər

Dövlət Agentliyi: Dəmiryol səyahəti turizmin ən perspektivli sahələrindən birinə çevrilə bilər
# 18 may 2021 11:53 (UTC +04:00)

Dəmiryol nəqliyyatı ilə səyahət Azərbaycanda daxili turizmin ən perspektivli sahələrindən birinə çevrilə bilər.

Bunu "APA-Economics"ə Dövlət Turizm Agentliyinin regional turizm inkişafı sektorunun müdiri Elgün Cavadov bu gün Qəbələyə təşkil olunmuş press-tur zamanı deyib.

Onun sözlərinə görə, bu gün insanlar daha çox avtomobillə səyahət etməyə öyrəşib və ilkin dövrlərdə bu davranışı dəyişmək nisbətən çətin olacaq.

"Hesab edirik ki, zaman keçdikcə insanlar qatarların üstünlüklərini və faydalarını görə biləcəklər və xüsusən ailəvi səyahətlərdə məhz bu nəqliyyata üstünlük verəcəklər", - deyə E. Cavadov qeyd edib.

Agentliyin rəsmisi yeni Bakı-Qəbələ dəmiryol xəttinin turizm sektoruna verəcəyi töhfəsindən danışarkən əlavə edib ki, bu xəttin istismara verilməsi, müxtəlif kateqoriyalardan olan turistləri cəlb edilməsində böyük rol oynayacaq.

"Qəbələ Azərbaycanın ən çox turist cəlb edən regionlarından biridir. Bu region ölkənin həm mədəni, həm təbiət, həm də biznes turizmlərində təmsil olunur və müxtəlif yaşlardan və kateqoriyalardan turistləri cəlb edə bilir. İnsanlar Qəbələyə müxtəlif yollarla gələ bilir, istər avtonəqliyyat vasitəsilə, istərsə də hava yolu ilə. Bu gün isə biz qatarla gedirik, bu da gözəl bir haldır. Daha çox xətlərin açılması turizm baxımından olduqca məqbuldur. Bu insanların istiqamətlərə müxtəlif yollarla çata bilmələrinə imkan yaradacaq", - deyə E. Cavadov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR