Finlandiya Azərbaycan vətəndaşları üçün giriş məhdudiyyətlərini ləğv edib

Finlandiya Azərbaycan vətəndaşları üçün giriş məhdudiyyətlərini ləğv edib
# 13 iyul 2021 10:10 (UTC +04:00)

İyulun 12-dən etibarən Finlandiya Azərbaycan vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətlərini ləğv edib.

"APA-Economics" xarici mətbuata istinadən xəbər verir ki, həmçinin, Moldova, Litva, Sloveniya və İsveçrə vətəndaşları üçün də məhdudiyyətlər aradan qaldırılıb.

Son vaxtlaradək Finlandiya yalnız Avropa İttifaqında (Aİ) vətəndaşlığı və ya yaşama icazəsi olan şəxslər, onların ailə üzvləri, Aİ ölkələrinin rezidentləri, tranzit sərnişinlər və digər kateqoriyaya aid olanlar daxil ola bilərdi.

Xatırladaq ki, məhdudiyyətlər koronavirus pandemiyası ilə əlaqəli tətbiq edilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR