Florian Zenqstşmid: “Beynəlxalq aviareyslərin qiymətləri ilə bağlı məsələ yaxın vaxtlarda həllini tapacaq”

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid

© APA | Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid

# 01 iyul 2021 12:41 (UTC +04:00)

“Turizm sahəsində qiymət artımına nəzarət edə bilmərik, çünki bizim səlahiyyətimizdə deyil”.

APA-nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, bazar iqtisadiyyatında hər şey tələb və təkliflə tənzimlənir: "Bizim tərəfimizdən müəyyən turizm məhsullarının hazırlanması üzərində iş gedir. Biz qiymətlərə nəzarət etmirik, sadəcə xidmət bazasını genişləndiririk. Düşünürük ki, xidmət bazasını artırmaqla qiymətlər də aidiyyəti üzrə tənzimlənəcək".

O, eyni zamanda deyib ki, əcnəbi turistlərin ölkəyə səfər etməsi baxımından beynəlxalq aviareyslərin qiymətlərinin ucuz olması çox vacibdir: "Turizm qurumu olaraq bu vacibliyi başa düşürük, dövlət və özəl sektorda tərəfdaşlarla aidiyyəti tədbirlər görürük. Yerli aviaşirkətin yeni öhdəlikləri yaranıb, onlarla da yaxın əlaqədəyik. İnanırıq ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR