Florian Zenqstşmid: "Koronavirusun turizm sənayesinə zərəri böyük olub"

Florian Zenqstşmid: "Koronavirusun turizm sənayesinə zərəri böyük olub"
# 01 iyul 2021 12:16 (UTC +04:00)

“COVİD-19 hər yerdədir, ətrafımızdadır. Pandemiya dövründə dövlət tərəfindən aidiyyəti tədbirlər görülür. Sərhədlər isə mərhələli şəkildə açılır, artıq bir neçə ölkə müəyyən qaydalarla sərhədləri açıb”.

APA-nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

O qeyd edib ki, dünyada pandemiyanın qarşısının alınması üçün qlobal tədbirlər görülməlidir: “Beynəlxalq turizm də qlobal tədbirlərdən asılıdır. Koronavirusun turizm sənayesinə verdiyi zərər böyük olub, amma gələcək üçün əsas daxili turizmin inkişafıdır. Daxili turizmin daha çox inkişafına şərait yaradılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR