Gürcüstana hava yolu ilə gedənlərdən PCR testi tələb olunmayacaq

Gürcüstana hava yolu ilə gedənlərdən PCR testi tələb olunmayacaq
# 03 iyul 2021 12:14 (UTC +04:00)

Gürcüstan hökuməti bütün sərnişinlər tərəfindən icbari şəkildə koronavirusa dair PCR testi arayışının təqdim olunması qərarını ləğv edib.

Bu barədə “APA-Economics”in “Buta Airways” aviaşirkətinə istinadən verdiyi məlumata görə, uçuşlar əvvəlki qaydalara əsasən həyata keçiriləcək.

COVID-19 əleyhinə peyvənd olunmuş sərnişinlər üçün giriş qaydaları:

İstənilən ölkədən hava nəqliyyatı ilə səyahət edən bütün ölkələrin vətəndaşları, Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam vurulmasını (iki doza) təsdiqləyən sənədi təqdim etdikləri təqdirdə, ölkəyə daxil ola bilərlər. Sənədlər ingilis dilində olmalıdır.

COVID-19 əleyhinə peyvənd olunmamış sərnişinlər üçün giriş qaydaları:

Əcnəbilər:

Aşağıdakı dövlətlərin vətəndaşları və orada yaşayış icazəsi olanlar aşağıda göstərilən şərtlərlə Gürcüstana hava nəqliyyatı ilə daxil ola bilərlər:

Azərbaycan Respublikası, Avstriya, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanistan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və Özbəkistan, əgər Ermənistan, Avstriya, Azərbaycan, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanistan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Küveyt, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Oman, Polşa, Portuqaliya, Qətər, Rumıniya, Russiya Federasiyası, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, ABŞ, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, San-Marino, Monako, Serbiya, İslandiya, Lixtenşteyn, Monteneqro, Andorra, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina və Özbəkistandan səyahət edirlərsə.

Sərnişinlər 14 günədək karantinə yerləşdirilə bilərlər.

Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər əraziyə girişdən sonra 12 gün müddətinə məcburi karantinə yerləşdiriləcəklər. Bu halda sərhəddə PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etmək və Gürcüstanda olduqları 3-cü gün ərzində PCR müayinəsindən keçməkdən azad olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Respublikasının qaydalarına uyğun olaraq, Bakıdan yola düşərkən COVID-19-a dair PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim olunmalıdır.

Gürcüstandan Azərbaycana “AZAL” və “Buta Airways” aviaşirkətlərinin reysləri ilə uçarkən Synevo laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya üzərində QR-kodu olan PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etməlisiniz (QR-kodun etibarlılığı qeydiyyat masalarında yoxlanılacaq).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR