IATA: Vəziyyət Asiya istisna olmaqla bütün bölgələrdə yaxşılaşıb

IATA: Vəziyyət Asiya istisna olmaqla bütün bölgələrdə yaxşılaşıb
# 08 iyul 2021 12:20 (UTC +04:00)

Bu ilin may ayında hava nəqliyyatı ilə beynəlxalq və daxili səyahətlərə tələbat aprel ayına nisbətən bir qədər yüksəlib, lakin sərnişin axını hələ də COVID-19 pandemiyasından əvvəlki səviyyələrdən olduqca uzaqdır.

"APA-Economcs"in məlumatına görə, bu barədə Beynəlxalq Hava Nəqliyyat Assosiasiyasının (IATA) açıqlamasında deyilir.

IATA qeyd edir ki, beynəlxalq hava səyahətlərini məhdudlaşdıran əsas amil bir çox ölkədə qüvvədə olan turizm məhdudiyyətləridir.

Bu ilin may ayında ümumi sərnişin dövriyyəsi (RPK – faktiki olaraq istifadə olunmuş sərnişindaşıma qabiliyyətinin ölçüsü, 1 sərnişinin 1 km məsafəyə hərəkəti deməkdir) 2019-cu ilin may ayının böhrandan əvvəlki göstəricisindən 62,7% azalıb. Müqayisə üçün: aprel ayında bu rəqəm iki il əvvələ nisbətən 65,2% azalmışdı.

IATA builki rəqəmləri 2019-cu ilin səviyyələri ilə müqayisə edərək 2020-ci ilin məlumatlarının pandemiyanın təsirləri ilə pozulduğunu bildirib.

May ayında beynəlxalq sərnişin dövriyyəsi 2019-cu ilin eyni ayına nisbətən 85,1%, aprel ayında isə 87,2% azalıb.

Vəziyyət Asiya istisna olmaqla bütün bölgələrdə yaxşılaşıb.

Mayda aviadaşımaların həcmi iki il əvvələ nisbətən 23,9% azalıb. Çin və Rusiyada daxili sərnişin dövriyyəsi böhrandan əvvəl səviyyədən yüksək olub, Hindistan və Yaponiyada isə kəskin şəkildə azalıb.

"Bəzi bazarlar peyvənd olunan insanlar üçün açıq olduğundan müsbət dəyişiklikləri görməyə başlayırıq", - deyə IATA-nın icraçı direktoru Uilli Uolş (Willie Walsh) bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR