İşğaldan azad edilən ərazilərə 2025-ci ilədək 1 mln. turistin səfəri planlaşdırılır

İşğaldan azad edilən ərazilərə 2025-ci ilədək 1 mln. turistin səfəri planlaşdırılır
# 15 noyabr 2021 13:44 (UTC +04:00)

2025-ci ilə qədər təxminən 1 milyon yerli və xarici turistin işğaldan azad olunan ərazilərə səfəri planlaşdırılır ki, bu da kifayət qədər böyük maliyyə vəsaiti deməkdir.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə bütün turizm infrastrukturu tamamilə dağıdılıb.

"Yenidən bu turizm infrastrukturunun formalaşdırılması üçün kifayət qədər böyük investisiya tələb olunur. Təbii ki, dövlət bunun müəyyən hissəsini qarşılayacaq, amma bu prosesin içində investorları görmək istərdik", - K. Qasımov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR