İsmayıllıda dövlət dəstəyi ilə 15 kənd qonaq evi yaradılıb

İsmayıllıda dövlət dəstəyi ilə 15 kənd qonaq evi yaradılıb
# 27 may 2021 16:17 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində

İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti – kənd qonaq evi istifadəyə verilib. KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində yerləşir.

Qonaq evləri zəruri avadanlıqlarla təmin olunub.

Qeyd edək ki, layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. Layihənin iştirakçısı olan kənd sakinləri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və ya özünü bu sahədə inkişaf etdirmək istəyən şəxslərdir. İştirakçıların seçimi zamanı sosial həssas qrupa aid şəxslərə üstünlük verilib. Layihənin digər üstünlüyü turizm sahəsində 15 mikrosahibkarlıq subyektinin yaradılmasına nail olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR