“Mehmanxana” kateqoriyasına aid olan yerlər üçün ulduzlaşma məcburi olacaq

“Mehmanxana” kateqoriyasına aid olan yerlər üçün ulduzlaşma məcburi olacaq
# 04 oktyabr 2021 13:01 (UTC +04:00)

“Mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşma məcburi olacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, “mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşmanın məcburi olması mehmanxanalar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artmasına, beynəlxalq standartlara uyğunlaşdırılmasına səbəb olacaq. Bundan əlavə, mehmanxananın ulduz kateqoriyasının müəyyən edilməsi onların onlayn rezervasiya platformalarında qeydiyyatı prosesini asanlaşdıracaq, həmçinin təklif edilən xidmət səviyyəsi barədə turistlərdə aydın təəssürat yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR