Turizm bələdçilərinin sertifikatlaşdırılması üçün lazım olan məbləğ açıqlanıb

Tural Musayev

© APA | Tural Musayev

# 07 dekabr 2021 12:28 (UTC +04:00)

Turizm bələdçilərinin sertifikatlaşdırılması üçün nəzərdə tutulan məbləğ açıqlanıb.

APA-nın məlumatına görə, turizm bələdçilərinin sertifikatlaşdırılması orqanına akkreditasiya attestatının təqdim edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev bildirib ki, bu, elə də böyük məbləğ deyil, 3 il ərzində bələdçi bu məbləği rahat qazana bilər: "Hazırda bu məbləğ 200-500 manat arasında nəzərdə tutulub, ola bilsin, daha az olsun. Həmin məbləğ komissiya üzvləri və nəqliyyat xərcləri üçün nəzərdə tutulub. Yazılı qiymətləndirmədən əlavə, turizm bələdçisinin texniki peşə qaydalarını öyrənməsi üçün nəqliyyatla gəzintisi də aparılacaq. Ola bilsin ki, 2022-ci il üzrə Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi məbləğin müəyyən hissəsini öz üzərinə götürsün, hazırda bununla bağlı danışıqlar aparılır”.

T. Musayev deyib ki, ölkə üzrə 300 turizm bələdçisi var: "Onların hamısı sertifikatlaşdırılmadan keçəcək. Amma növbəti il üzrə 100 bələdçinin sertifikatlaşdırılması nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR