Turizm zərflərinin satışı üzrə öhdəliklər məcburi qaydada sığortalanacaq

Turizm zərflərinin satışı üzrə öhdəliklər məcburi qaydada sığortalanacaq
# 04 oktyabr 2021 13:10 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən turoperator və turagentlər üçün mülki məsuliyyət sığortası müəyyən ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, turizm sahəsində lisenziyalaşmanın ləğvindən sonra bazarda qeyri-peşəkar turizm şirkətlərinin sayı artıb, bu isə istehlakçıların aldadılması, turizm məhsulunun təqdim edilməsi üzrə müqavilədə nəzərdə tutulan xidmətlərin göstərilməməsi və ya daha aşağı keyfiyyətli xidmətlərin təqdim edilməsi hallarının geniş vüsət almasına səbəb olub.

Turoperator və ya turagentlər tərəfindən turizm zərflərinin satışı üzrə müqavilədə nəzərdə tutulan öhdəliklərin (risklərin) məcburi qaydada sığortalanması istehlakçılara dəymiş zərərin kompensasiya edilməsini təmin edəcək. Bundan əlavə, turizm zərfləri sığorta edilərkən turizm şirkətlərinin mövcud vəziyyətinin təhlil edildiyini, sığortaçılar tərəfindən qeyri-peşəkar, etibarsız şirkətlərin məhsullarının sığortalanmasından imtina ediləcəyini nəzərə alsaq, təklif edilən mexanizm bazarda sağlam şirkətlərin rəqabət aparmasına şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR