Türk Şurasına üzv dövlətlərin turizm nazirlərinin növbəti iclası keçiriləcək

Türk Şurasına üzv dövlətlərin turizm nazirlərinin növbəti iclası keçiriləcək
# 23 iyun 2021 13:47 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin turizm nazirlərinin 6-cı iclası keçiriləcək.

APA-nın Türk Şurasının saytına istinadən verdiyi xəbərə görə, iclas iyunun 24-də Özbəkistanın Kokand şəhərində baş tutacaq.

Nazirlər üzv və müşahidəçi dövlətlərdəki turizm sektorunun mövcud vəziyyəti və pandemiyadan sonrakı dövrdə əməkdaşlıq, beynəlxalq aviauçuşların bərpası, üzv və müşahidəçi dövlətlərin böyük şəhərləri arasında aviauçuşların sayının artırılması, “Müqəddəs Ziyarət” turizmi, Türk Şurasının qeyri-rəsmi Türküstan Sammiti zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təklif etdiyi üzv və müşahidəçi dövlətlərdə müqəddəs yerlərin tanıdılması layihəsini müzakirə edəcəklər.

Görüşdə “Türk Şurası Müasir İpək Yolu Birgə Turu” və “İpək Yolu Turizm Paytaxtları Təşəbbüsü” layihələri də müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR