Türkiyə koronavirusa görə ölkəni yenidən "bağlaya" bilər

Türkiyə koronavirusa görə ölkəni yenidən "bağlaya" bilər
# 19 iyul 2021 17:40 (UTC +04:00)

Türkiyə hökuməti yeni növ koronavirusun "Delta" ştammının yayılmasında kəskin bir artım olacağı təqdirdə xarici turistlərin ölkəyə gəlməsinə yenidən qadağa qoyacağını istisna etmir. Lakin hazırda sözügedən məsələ gündəmdə deyil.

APA-nın məlumatına görə, bunu "CNN Türk" telekanalının efirində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.

"Heç bir şeyin zəmanəti yoxdur və əlbəttə, "Delta" ştammı ilə bağlı bir çox vilayətdə baş verənləri izləmək lazımdır. Bununla yanaşı, beynəlxalq uçuşlarla əlaqədar olaraq, bütün ölkədəki vəziyyət nəzərə alınır", - M. Ersoy bildirib.

Onun sözlərinə görə, Türkiyə bu il 20 mlrd. ABŞ dolları gəlir əldə edərək 25 mln. turistin qəbul etməsini gözləyir: "İyunu gözləntilərimizə uyğun tamamladıq. İyul ayı üçün iddialı hədəflərimiz var. Görünür, hava limanlarından aldığımız məlumatlara görə, buna da nail olacağıq".

Türkiyə Səhiyyə Nazirliyinin 18 iyul tarixli məlumatına görə, ölkədə sutka ərzində 7 680 nəfər koronavirusa yoluxub, 5 835 nəfər sağalıb, 66 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR