“Wizz Air Abu Dabi” aviaşirkəti Bakıya ilk reysini yerinə yetirib

“Wizz Air Abu Dabi” aviaşirkəti Bakıya ilk reysini yerinə yetirib
# 14 avqust 2021 22:48 (UTC +04:00)


Avqustun 14-də “Wizz Air Abu Dabi” aviaşirkəti ilk Abu-Dabi–Bakı reysini yerinə yetirib.

APA xəbər verir ki, “Airbus321-100” markalı təyyarə Bakı vaxtı ilə saat 21:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təyyarə ənənəvi olaraq su arkası ilə qarşılanıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Wizz Air Abu Dabi” aviaşirkəti həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü Bakıya uçuşlar həyata keçirəcək. Biletləri “wizzair.com” saytından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR