Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 6 dəfəyədək azalıb

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 6 dəfəyədək azalıb
# 25 may 2021 12:14 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ölkə vətəndaşlarının 42,4%-i Türkiyəyə, 22,1%-i Rusiyaya, 9,4%-i Gürcüstana, 6,9%-i İrana, 19,2%-i digər ölkələrə səfər edib.

Gedənlərin 75,4%-ni kişilər, 24,6%-ni isə qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiyaya gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,3 dəfə azalıb.

2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6%-i hava, 25,1%-i dəmir yolu və avtomobil, 6,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR