Yaşamaq üçün dünyanın ən bahalı şəhəri açıqlanıb

Tel-Əviv

© APA | Tel-Əviv

# 01 dekabr 2021 10:48 (UTC +04:00)

Qiymətlər baxımından Təl-Əviv şəhəri Paris və Honkonqu geridə qoyub və 2021-ci ildə yaşamaq üçün dünyanın ən bahalı şəhəri adını qazanıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "The Jerusalem Post" qəzeti Böyük Britaniyanın "Economist Group" şirkətinin analitiklərinin tədqiqatına ("Worldwide Cost of Living 2021") istinadən yazır.

Qeyd edək ki, şirkətin analitikləri dünyanın 173 şəhərində yaşayış minimumunu tədqiq edib.

Qəzet qeyd edir ki, 2020-ci ildə Təl-Əviv Paris, Honkonq, Osaka və Cenevrədən sonra ən bahalı beşinci şəhər olub. Onun birinci yerə yüksəlməsinə İsrail şekelinin ABŞ dollarına qarşı məzənnəsinin uzun müddət artması, həmçinin ərzaq və nəqliyyatın bahalaşması səbəb olub. Məlumata görə, bu il şəhərdə əmtəə və xidmətlərin orta qiymətləri yerli valyutada 3,5% artıb, halbuki ötən il artım cəmi 1,9% təşkil edib.

Pandemiyanın başlanğıcından bəri İsrail valyutası dollara nisbətdə təxminən 10% bahalaşıb. Bir ay əvvəl valyuta məzənnəsi ötən əsrin 90-cı illərinin ortalarından bəri ilk dəfə olaraq bir dollar üçün 3,04 şekelə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR