"Yuxarı Baş", "Basqal" və "Xınalıq" qoruqlarının strateji konsepsiyaları hazırlanıb

"Yuxarı Baş", "Basqal" və "Xınalıq" qoruqlarının strateji konsepsiyaları hazırlanıb
# 29 noyabr 2019 17:04 (UTC +04:00)

"Dövlət Turizm Agentliyi üçün ən vacib islahatlardan biri Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasıdır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, ötən il Agentliyin tabeliyində olan qoruqlarda idarəetmə prosesinin həyata keçirilməsi, eyni zamanda tarixi irsin qorunması, bunun turizm sahəsinə yönəldilməsi ilə bağlı Qoruqların İdarəetmə Mərkəzi yaradılıb: "Biz yalnız turistlərin qoruqlarımıza gəlib baxıb qayıtmalarını istəmirik, eyni zamanda həmin qoruqlarda alternativ xidmətlərin təklif edilməsini təşkil edirik. "Yanardağ" qoruğunda bu islahatlar həyata keçirilib. Artıq Şəkidə "Yuxarı Baş", İsmayıllıda "Basqal", Qubada isə "Xınalıq" qoruqlarının strateji konsepsiyaları hazırlanıb və təqdim edilib. Növbəti il ərzində orada tikinti, yenidənqurma işləri həyata keçiriləcək və tamamilə yeni idarəetmə modeli təqdim ediləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR