Assosiasiya prezidenti: "Azərbaycanda hotellərə ulduz öz rəylərinə əsasən təyin edilir"

Assosiasiya prezidenti: "Azərbaycanda hotellərə ulduz  öz rəylərinə əsasən təyin edilir"
# 04 dekabr 2019 15:57 (UTC +04:00)

"Hazırda Azərbaycanda hotellər öz rəylərinə əsasən ulduz təyin edirlər. Buna görə də bəzi qonaqlar hotel üçün ödədikləri pula uyğun xidmət ala bilmədiklərini qeyd edirlər".

APA-nın məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Azərbaycan Hotel Assosiasiyasının prezidenti Martin Kleinmann bildirib. Onun sözlərinə görə, əcnəbilər 4-5 ulduzlu hotelə ona uyğun xidmət ala bilmək ümübn pul ödəyirlər:

"Ödənilən pulla servisin keyfiyyəti uyğun gəlmir. Ona görə də bu işi mərkəzləşdirilmiş qaydada həyata keçirmək istəyirik ki, hotellər öz ulduzlarına uyğun servis təqdim etsinlər. Ulduzların özbaşına, yəni hotellərin öz rəyləri əsasında verilməsi Bakının, ümumiyyətlə, Azərbaycanın bütün turizm sənayesi üçün təhlükə yaradır. Çünki müştərilərin məmnunsuzluğu ölkənin turizm xidmətləri ilə bağlı mənfi rəylərin yaranmasına səbəb olur. Əgər biz hotellərin təsnifatlaşdırılmasını uğurla həyata keçirə bilsək, ölkədəki hotellərin uyğun ulduzları olsa, onda turist digər inkişaf etmiş ölkələrdəki hotellərdə göstərilən xidməti əldə etmiş olacaq. Bu da bizim üstünlüyümüz olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR